“Uotford”da yeni baş məşqçi

İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, geridə qalan mövsümün nəticələrinə əsasən Premyer Liqa ilə vidalaşan və yeni mövsümdən Çempionşipdə mübarizə aparacaq bu komanda Vladimir İviçə tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Amma 43 yaşlı serb mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, 2013-cü ildən məşqçiliyə başlayan İviç, baş məşqçi kimi yalnız İsrailin “Makkabi” (Təl-Əviv) və Yunanıstanın PAOK klublarında çalışıb. O, hər iki klubla titul qazanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button