Bu, “Liverpul”a yaraşmadı

“Liverpul” İngiltərə Premyer Liqasının 28-ci turunda “Uotford”a 0:3 hesabıyla məğlub olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “qırmızılar” bu oyunda qapıya doğru cəmi bir zərbə endirə bilib. Mersisayd komandası Yurgen Kloppun rəhbərliyi altında keçirilən 172 oyunda ikinci dəfə belə halla üzləşib. İlk dəfə 2017-ci ilin yanvarında keçirilən “Çelsi” ilə oyunda (1:1) “Liverpul” futbolçuları qapıya cəmi bir zərbə endirə bilmişdilər.

28 turdan sonra 79 xal toplayan “Liverpul” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button