ÇL: Uolker “Real”la cavab oyununda olacaq?

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker Çempionlar Liqasının 1/4 finalında “Real”a qarşı keçiriləcək cavab oyununda iştirak edə biləcəyinə inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Uolker zədə səbəbindən ilk oyunu buraxmışdı. İngiltərəli futbolçunun cavab matçında oynamaq şansı yüksəkdir.

Həmçinin, “Mançester Siti”nin Con Stounza arxalana biləcəyi gözlənilir.

İspaniyada keçirilən ilk oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button