“Real”ın qarşısında “şapka” çıxarıram” – “Mançester Siti”nin futbolçusu

“Mançester Siti”nin müdafiəçisi Kayl Uolker komandasını penaltilər seriyasında məğlub edən və Çempionlar Liqasının yarımfinalına yüksələn “Real” haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər”in kapitanı “Real”ın plana uyğun hərəkət etdiyini bildirib:

“Yəqin ki, “Real”dan daha yaxşı idik, amma mən bu komandanın qarşısında “şapka” çıxarıram. Plana uyğun hərəkət etdilər. Elə müdafiəyə qarşı qol vurmaq çox çətindir. Yarımfinala yüksəlməyimiz nəzərdə tutulmamışdı. Lakin biz “Real”ı təbrik edir və onlara ən yaxşısını arzulayırıq”.

Uolker “Real”la ilk oyunu buraxsa da, İngiltərədə keçirilən cavab qarşılaşmasında komandasına kömək edə bilmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button