Ümid Rüstəmov kubalı boksçu ilə bacarmadı

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatına start verilib.

Komanda.az xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü rinqə çıxıb.

Ümid Rüstəmov (57 kq) 1/32 final çərçivəsində kubalı Osvel Kaballero Qarsiya (Kuba) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.

Noyabrın 6-da başa çatacaq dünya çempionatına Azərbaycan yığması 9 boksçu ilə yollanıb. Mundialın ikinci günündə millimizin heyətində Məsud Yusifzadə (51 kq) Enxmandağ Xarxuu (Monqolustan) ilə, Malik Həsənov (63,5) Xuan Reyes Donislə (Qvatemala) və Rauf Rəhimov (92 kq) Luis Uilliamsla (İngiltərə) döyüşəcək.