“Ümid edirəm ki, Messi “Barselona”ya qayıda bilər”

“Barselona”nın futbolçusu Pedri Lionel Messinin kluba qayıdacağına ümid etdiyini bildirib.

Komanda.az “La Vanguardia”-ya istinadən xəbər verir ki, Pedri, hazırda PSJ-də çıxış edən Messi ilə birgə oynadığı vaxtları da yada salıb:

  • Messinin “Barselona”ya mümkün qayıdışı haqda danışılır. Bu haqda nə düşünürsən?
  • Messi ilə oynayanda əla vaxt keçirirdim. O, meydandan kənarda da əla insandır. Ümid edirəm ki, o, “Barselona”ya qayıda bilər. Onunla oynamağı xoşlayırdım, belə komanda yoldaşının olması xoşdur.
  • Messinin PSJ-də işlərinin yolunda getmədiyini görəndə narahat olursan?
  • İmkan daxilində onun iştirakı ilə keçirilən matçları izləməyə çalışıram. Dünyanın ən yaxşı futbolçusunun oyununa baxanda çox şey öyrənirsən. Amma düzdür, dostunuz üçün nəsə alınmayanda bu, bir az əsəbiləşdirir”.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button