Ukrayna prezidenti: “Sehrlərə inanmırdım, amma…”

Ukraynanın prezidenti Vladimir Zelenski futbol üzrə Ukrayna milli komandasını AÇ-2020-nin 1/8 finalına vəsiqə qazanması münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, ölkə rəhbəri bununla bağlı “tvitter” səhifəsində paylaşım edib:

“Sehrlərə inanmırdım, amma indi deyə bilərəm ki, futbolda sehrlər mövcuddur. Komandamız Avropa çempionatının 1/8 finalında! Belə şansı itirmək olmaz, uşaqlar. Bütün ölkə sizdən maksimum nəticə gözləyir. Yaşasın Ukrayna!”

Ukrayna yığması AÇ-2020-nin 1/8 finalında İsveçlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button