Azərbaycan millisinin üzvü: “Bir az daha güclənməyə çalışıram”

Ukraynanın “Kolos” klubuna keçən Anatoli Nuriyev açıqlama verib.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının da üzvü olan hücumçu, yerli mətbuata açıqlamasında “Kolos”a uyğunlaşma prosesindən danışıb:

“Mənim üçün bir az çətin oldu. Bir az daha güclənməyə çalışıram. Hazırda tam formada deyiləm, ancaq zamanla daha yaxşı olacam. Yeni təəssüratlar, duyğular var. Burada hər şey yaxşıdır”.

Anatoli Nuriyev “Kolos”la müddəti 2022-ci ilin yayına qədər olan müqavilə imzalayıb.