Taleyi 2 oyundan asılı olan Zidan

İspaniyanın “Real” klubu baş məşqçisi Zinəddin Zidanla yollarını ayıra bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu”nun son oyunlardakı çıxışı rəhbərliyi narazı salıb. Xüsusilə də, UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Şaxtyor”a (Ukrayna) 2:3 hesablı məğlubiyyət fransalı mütəxəssisin paytaxt klubundakı fəaliyyətinin sonunu yaxınlaşdırıb. Məlumata görə, Zidanın komandadakı taleyinə qarşıdakı iki oyundakı nəticədən sonra aydınlıq gələcək. La Liqanın növbəti turunda “Barselona” və Çempionlar Liqasında “Borussiya” ilə (Münhenqladbax) oyunlardan sonra mütəxəssislə bağlı yekun qərar veriləcək.

Zidanın “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatır.