Ukraynalı futbolçudan Rusiyaya mesaj – FOTO

UEFA Avropa Liqasının 1/16 finalında “Olimpiakos”la oyunda (3:0) dubl edən “Atalanta”nın ukraynalı hücumçusu Ruslan Malinovski Rusiyaya mesaj göndərib.

Komanda.az xəbər ki, 28 yaşlı futbolçu  vurduğu qoldan sonra formasını qaldıraraq “Ukraynada müharibəyə yox” yazısını göstərib. 

Malinovskiyə yanında olan türkiyəli futbolçu Merih Demiral da dəstək verib. Oyundan sonra isə türk futbolçu həmin anı əks etdirən fotonu sosial şəbəkədə paylaşaraq, “Müharibəni dayandırın” yazıb.

İki gün əvvəl Rusiya qoşunları Ukraynanı işğal etmək məqsədi ilə hücuma keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button