Ukraynalı deputat Tokio-2020-də qızıl medal qazandı

Ukraynalı deputat Jan Belenyuk Tokio-2020 Yay Olimpiya Oyunlarının qalibi olub.

Komanda.az xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi finalda macarıstanlı Viktor Lorintsə 3:1 hesabı ilə qalib gələrək qızıl medal əldə edib. Bu, Ukraynanın Tokio-2020-də ilk qızıl medalı olub.

Jan Belenyuk 2019-cu il avqustun 29-dan Ukrayna Ali Radasının deputatıdır.