Yarmolenko Türkiyə klubunda?

Ukrayna milli komandasının və “Vest Hem”in futbolçusu Andrey Yarmolenko karyerasını Türkiyədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Fənərbaxça” klubu yaxından maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Yarmolenko “Fənərbaxça” ilə illik 4,5 milyon avro qazanacağı müqavilə barədə razılığa gəlib. Tərəflərin yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir.

“Vest Hem”lə müqaviləsi 2022-ci ilin yayına qədər olan Yarmolenkonun “transfermarkt”da dəyəri 4 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button