Ukrayna millisinin futbolçusu əməliyyat olundu

Ukrayna milli komandasının və “Atalanta”nın futbolçusu Ruslan Malinovski əməliyyat olunub.

Komanda.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Malinovski Milanda uğurlu qarın yırtığı əməliyyatı keçirib.

28 yaşlı yarımmüdafiəçi iki aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Malinovski Ukrayna millisi ilə AÇ-2020-də iştirak edib. Ukrayna turnirdə mübarizəni 1/4 finalda, İngiltərəyə məğlub olaraq (0:4) dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button