AÇ-2020: “0:4 hesabıyla uduzsaq da, qürurluyuq”

Ukrayna milli komandasının futbolçusu Andrey Yarmolenko AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə yığmasına qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Yarmolenko, 0:4 hesabıyla məğlub olduqları matçı belə şərh edib:

“İngiltərə qələbəyə layiq idi. Təbrik edirəm, yolları açıq olsun. Sürətli hücumlar bizim üçün problem oldu. Bunun qarşısını almağı düşünürdük, lakin uğursuz olduq. 3-cü dəqiqədə qol buraxanda artıq hər şeyi yenidən düşünməli olduq.

Komanda olaraq bura qədər gələ bilməyimiz vacib idi. 0:4 hesabıyla uduzsaq da, qürurluyuq. Daha yaxşı oynadığımız oyunlar olub. Mən komandamla qürur duyuram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button