AÇ-2020: Ukraynalı futbolçudan xeyirxah addım

Ukrayna milli komandasının futbolçusu Andrey Yarmolenko AÇ-2020-dəki çıxışına görə alacağı mükafatı xeyriyyə məqsədiylə xərcləyəcək.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 31 yaşlı hücumçunun meneceri Vadim Şabliy açıqlama verib:

“Yarmolenko bu qərarı AÇ-2020-dən daha əvvəl verib. Turnirdəki çıxışına görə alacağı mükafatı xəstə və kimsəsiz uşaqlara kömək üçün xeyriyyə fonduna bağışlayacaq. Bu mükafatın xərclənməsinə Yarmolenko ilə birlikdə nəzarət edəcəyik. Düşünürəm ki, Ukrayna millisinin liderinin belə bir hərəkətini hər kəs bilməlidir”.

Ukrayna yığması AÇ-2020-nin 1/4 final mərhələsində İngiltərə ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button