Ukrayna mətbuatı “Zirə”nin yeni transferindən yazdı

Ukrayna mətbuatı “Zirə”nin qış transfer dövründə heyətinə qatdığı Vladislav Kulaçın keçidini dəyərləndirib.

Komanda.az xəbər verir ki, “sport.24tv.ua” saytı 29 yaşlı futbolçunun “Zirə” ilə müqavilə imzalamasını Kiyev “Dinamo”su üçün müsbət hadisə hesab edib.

“Luçesku yükdən qurtuldu, “Dinamo” cəmi 1 qol vuran hücumçusu ilə vidalaşdı” başlığı ilə dərc edilən yazıda Kulaça tez-tez zədələndiyi üçün baş məşqçi Mirça Luçesku tərəfindən əsas heyətdə şans verilmədiyi vurğulanıb. “Dinamo” müqaviləyə xitam verdiyi üçün oyunçu “Zirə”yə azad agent kimi keçib.

Kulaç 2021-ci ilin yayından formasını geyindiyi “Dinamo”da ümumilikdə 7 oyuna çıxıb, 1 qol vurub. Transfer qiyməti 700 000 avroya bərabər göstərilən hücumçu “Zirə” ilə 1,5 illik müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button