“Mbappeni almaq o qədər də ağıllı deyil” – “Mançester Yunayted”in sahibi

“Mançester Yunayted”in həmsahibi Cim Ratkliff klubun transfer strategiyasından danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub sahibi Kilian Mbappe (PSJ) kimi futbolçuya pul xərcləməyin ağıllı seçim olmadığını bildirib:

“Uğur qazanmaq üçün sərvət xərcləməkdənsə, növbəti Mbappeni tapmağı üstün tuturam. Mbappeni almaq o qədər də ağıllı deyil, bunu hər kəs başa düşə bilər.

Həll yolu bir neçə böyük oyunçuya çox pul xərcləmək deyil. Son 10 ilə baxsaz, biz bunu edirik. Etməli olduğumuz ilk şey klubu idarə etmək və lazımi insanları düzgün mövqelərə yerləşdirməkdir. Biz heyəti düzgün əldə etdiyimizə əmin olmalıyıq. Bu, futbol klubunu idarə etməyin böyük bir hissəsidir: heyəti düzgün formalaşdırmaq, yeni oyunçular tapmaq”.

Ratkliff fevral ayında klubun 27,7 faiz səhminin alınmasını tamamlayıb. O, Mançester klubuna 200 milyon dollar sərmayə qoyub, daha 100 milyon dollar isə 2024-cü il dekabrın 31-dək ödəniləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button