Ufuk Budak üçün yeni baş məşqçi

Türkiyənin “Boluspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq müdafiəçisi Ufuk Budakın formasını geyindiyi TFF 1-ci Liqa klubunu yeni mövsümdən Giray Bulak çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 61 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Giray Bulak “Boluspor”da ötən ay istefaya göndərilən Orhan Kaynakı əvəz edib. Hansı ki, bu mütəxəssisin rəhbərliyi altında komanda geridə qalan mövsümü 18 komanda arasında 9-cu pillədə başa vurub. Bulak isə ötən mövsüm elə sözügedən çempionatda 15-ci yeri tutan “Balıkəsirspor”u çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button