Ufuk Budak üçün 45 dəqiqə və 3 xal

Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Karabükspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 4:0.

Ufuk da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.

“Boluspor” hazırda 42 xalla 18 iştirakçı arasında 8-ci pillədədi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button