Ufuk Budak oynamadı, komandası yenə uduzdu

Futbol üzrə Türkiyə 1-ci liqasında 23-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Adanaspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Ufuk bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Boluspor” hazırda 32 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button