Ufuk Budak oynamadı, komandası darmadağına üzüldü

Futbol üzrə Türkiyə 1-ci liqasında 33-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budakın formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Altınordu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:3.

Ufuk bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Boluspor” hazırda 46 xalla 18 iştirakçı arasında 9-cu pillədədi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button