Uels millisinin nümayəndələri Bakıya səfərə gəlib

AÇ-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının 8 nəfərlik nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.

Komanda.az xəbər verir ki, iki günlük səfər çərçivəsində təşkilatı məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb.

Uelsli qonaqlar məşqlərin keçirəcəyi meydanlara və komandanın məskunlaşacağı otelə baxış keçirib, həmçinin SOCAR-ın Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, Uels milli komandası AÇ-2020-nin A qrupunda iyunun 12-də İsveçrə, iyunun 16-da isə Türkiyə yığması ilə qarşılaşacaq. Hər iki oyun Bakı Olimpiya Stadionunda keçiriləcək.