UEFA yığmaların iştirak edəcəyi turnirlərlə bağlı qərar verdi

UEFA İcraiyyə Komitəsi gənclərdən ibarət milli komandalar arasında turnirlərin 2020/21-ci il mövsümü üçün tarixləri və müəyyən format dəyişiklikləri barədə qərarlar qəbul edib.

Komanda.az xəbər verir ki, həmin qərarlarda bunlar qeyd olunub:

U-17 (qızlar)

  • Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
  • Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
  • Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
  • Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-17 (oğlanlar)

  • Təsnifat mərhələsi 2021-ci il martın sonunda keçiriləcək (13 mini-turnir)
  • Elit-raund ləğv olunur
  • 13 qrup qalibi 2 səpələnmiş komanda 2021-ci ilin mayında Kiprdə keçiriləcək final turnirinə vəsiqə qazanır.

U-19 (qızlar)

  • Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
  • Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
  • Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
  • Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

U-19 (oğlanlar)

  • Təsnifat mərhələsi 2021-ci ilin martında keçiriləcək (13 mini-turnir)
  • Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
  • Play-off mərhələsi (14 komanda) 2021-ci il mayın sonunda keçiriləcək
  • Final turniri təqvimə uyğun olaraq (Rumıniya, iyul 2021-ci il)