UEFA təxirə salınan Avroliqa matçı ilə bağlı qərar verdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan və təxirə salınan “Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) oyunu ilə bağlı qərarını açıqlayıb.

Komanda.az xəbər verir ki, qurum hər iki kluba məktub göndərib və matçın İsraildə gerçəkləşəcəyini bildirib.

Qarşılaşma sentyabrın 12-dək baş tutmalı, tərəflər tarixi və görüşün saatını razılaşdırmalıdırlar. Bosniya və Herseqovina təmsilçisi qərara etiraz edəcəyini açıqlayıb. Klub matçın neytral meydanda olmasını istəyir.

Qeyd edək ki, “Jelezniçar”ın 6 futbolçusu koronavirusa yoluxduğu üçün avqustun 27-nə planlaşdırılan oyun təxirə salınıb. Həmin günə nəzərdə tutulan “Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) qarşılaşması da hər iki komandanın futbolçularında koronavirus aşkarlandığına görə təxirə salınıb. Amma bu oyunla bağlı yekun qərar hələ açıqlanmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button