Avropanın superi – “Liverpul”!

Bu gün Türkiyənin İstanbul şəhərində UEFA superkuboku uğrunda oyun keçirilib.

Komanda.az xəbər verir ki, “Vodafone Park”da keçirilən görüşdə İngiltərənin iki təmsilçisi – “Liverpul” və “Çelsi” klubları üz-üzə gəlib.

“Liverpul” ötən mövsüm Çempionlar Liqasının finalında “Tottenhem”i 2:0 hesabıyla məğlub etmişdisə, “Çelsi” Avropa Liqasının həlledici oyununda “Arsenal”dan üstün olmuşdu – 4:1.

Bu oyuna gəlincə, əsas vaxt 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da bərabərlik qeydə alınıb – 2:2. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Liverpul” növbəti tituluna yiyələnib. “Qırmızılar” 4-cü dəfə UEFA superkubokunu qazanıblar.

UEFA superkuboku

14 avqust

Liverpul (İngiltərə) – Çelsi (İngiltərə) 2:2 (penaltilər 5:4)
Qol: Sadio Mane, 48; 95 – Olivye Jiru, 36. Jorjinyo, 101-pen.
Baş hakim:
Stefani Frappar (Fransa)
“Vodafone Park” (İstanbul, Türkiyə)