Koronavirus superkubok oyununu təhlükə altına saldı

Macarıstanın Budapeşt şəhərində oynanılması planlaşdırılan UEFA superkuboku matçının keçirilməsi sual altına düşüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Macarıstanda koronavirusa yoluxanların sayının artması səbəbiylə hökumət ölkə sərhədlərinin sentyabrın 1-dən bir ay müddətinə bağlı olacağını elan edib. Bu səbəblə UEFA Çempionlar Liqasının qalibi “Bavariya” və Avropa Liqasının qalibi “Sevilya” arasında keçirilməsi planlaşdırılan superkubok oyununun baş tutması təhlükə altındadır.

Oyunun sentyabrın 24-də keçirilməsi nəzərdə tutulur.

UEFA-nın yaxın günlərdə Macarıstan rəhbərliyi ilə görüş keçirəcəyi bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button