UEFA Şahruddini fərqləndirdi

UEFA futbol üzrə Avropa Konfrans Liqasında çıxış edən klubların 4 qapıçısını fərqləndirib.

Komanda.az turnirin “Tvitter”dəki rəsmi səhifəsinə istinadən xəbər verir ki, onların arasında “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyev də var.

“Dörd əla qurtarış, hansını bəyəndiniz?” sualının ünvanlandığı postda 26 yaşlı oyunçu ilə yanaşı Danimarka “Kopenhagen”indən Kamil Qrabara, Sloveniya “Mura”sından Marko Zalokar və Almaniyanın “Union Berlin” komandasından Frederik Ryonnovun seyvləri də yer alıb.

Məhəmmədəliyevin 6-cı turda İsveçrədə “Bazel”lə görüşdəki qurtarışı ön plana çıxarılıb. Bu qarşılaşma “Bazel”in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button