UEFA Region Kubokunun oyunları Azərbaycanda keçiriləcək

UEFA Region Kubokunun 2022/2023 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Region Liqasında 2021/2022-ci illər mövsümünün qalibi ilkin mərəhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq.

Oyunlar 23-29 iyunda olacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.

Xatırladaq ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button