UEFA “Qalatasaray”ı cərimələdi

UEFA “Qalatasaray” klubunu cərimələyib.

Komanda.az xəbər verir ki, buna İstanbul təmsilçisinin azarkeşlərinin Çempionlar Liqasının qrup mərhələsinin “Mançester Yunayted”lə matçındakı davranışları səbəb olub.

“Sarı-qırmızılar”ın fanatları meydana yad cisimlər atıb və pirotexniki vasitələrdən istifadə ediblər. Buna görə, UEFA klubu 51 min avro məbləğində cərimə edib.

“Mançester Yunayted” – “Qalatasaray” qarşılaşması qonaqların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button