UEFA püşkatmanın yerini dəyişdi

Futbol üzrə UEFA Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün qrup mərhələsinin püşkatma mərasimi əvvəlcədən nəzərdə tutulan Yunanıstanın paytaxtı Afinada keçirilməyəcək.

Komanda.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Tədbirin yeri koronavirus pandemiyası səbəbindən dəyişdirilib. Ölkədəki məhdudiyyətlər səbəbindən belə bir tədbirə ev sahibliyi edə bilməyəcəyini açıqlayan Yunanıstan Futbol Federasiyasının qərarı anlayışla qarşılanıb.

Püşkatma və 2019/20 mövsümünün ən yaxşı oyunçuları və baş məşqçilərinin mükafatlandırılması mərasimi İsveçrənin Nyon şəhərində klub və media nümayəndələrinin iştirakı olmadan baş tutacaq.

Çempionlar Liqasının püşkatması oktyabrın 1-də, Avropa Liqasının püşkatma mərasimi isə oktyabrın 2-də olacaq. Tədbirdə qonaq qismində yalnız ötən mövsümün ən yaxşısı adına namizədlər iştirak edə biləcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button