UEFA prezidenti mükafatı ona verildi

UEFA prezidenti mükafatının sahibi bəlli olub.

Komanda.az xəbər verir ki, bu ada Fil Dişi Sahili yığmasının sabiq hücumçusu Didye Droqba layiq görülüb.

Qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin onu “lider və qabaqcıl”, həmçinin “meydanda və ondan kənarda mükəmməl və sadiq” adlandırıb. Droqbaya mükafat məhz Çeferin tərəfindən təqdim olunacaq.

UEFA prezidenti mükafatının əvvəlki sahibləri arasında Bobbi Çarlton, Eysebio, Raymon Kopa, Yohan Kroyff, Françesko Totti, Devid Bekhem və Erik Kantona kimi məşhurlar da olub.

Qeyd edək ki, 42 yaşlı Didye Droqba futbolçu karyerası ərzində “Le Man”, “Genqam”, “Olimpik” (Marsel), “Çelsi”, “Şanxay Şenxua”, “Qalatasaray”, “Monreal İmpakt” və “Finiks Rayzinq” klublarının formasını geyinib.