UEFA “Qarabağ”ın hesabına pul köçürdü

UEFA növbəti dəfə “Qarabağ”ın hesabına maliyyə vəsaiti köçürüb.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. UEFA Avropa Liqasının qrup mərhələsində çıxışı zamanı heç-heçə nəticələnmiş oyun üçün UEFA tərəfindən müəyyənləşdirilmiş bonus vəsait – 190 000 (yüz doxsan min) avro AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” Futbol Klubunun hesabına köçürülüb.

“Qarabağ” bu mövsüm Avropa Liqasının İ qrupunda “Sivasspor” (Türkiyə), “Vilyarreal” (İspaniya) və “Makkabi” (Təl-Əviv, İsrail) ilə mübarizə aparıb. Ağdam təmsilçisi qrupda 1 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button