“Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi” – UEFA-nın prezidenti

UEFA-nın prezidenti Aleksandr Çeferin Avropa Liqasının son final matçının Bakıda keçirilməsi haqda danışıb.

Komanda.az “mirror.co.uk” saytına istinadən xəbər verir ki, Çeferin, iki ingilis komandasının – “Çelsi” ilə “Arsenal”ın qarşılaşdığı final matçıyla bağlı bunları deyib:

“Sizə bir şeyi söyləyəcəm. Finalda iki Azərbaycan komandası oynasaydı və bunun Londonda keçiriləcəyini söyləsəydik, heç kim şikayət etməzdi. İngiltərənin Premyer Liqa klubunun prezidenti mənə dedi ki, ingilis azarkeşlər ən ucuz bilet və ən bahalı oyunçular istəyir. Heç kim finalın İngiltərədə təşkil olunmasını tələb edə bilməzdi. İki ingilis komandasının həlledici matça vəsiqə qazanacağını kim bilirdi? “Zenit” Avropa Liqasının qalibi olmuşdu. Onlar üçün Bakıya gəlmək Londondan daha yaxındır. Yalnız finaldan bir ay əvvəl iki ingilis komandasının həlledici görüşdə üz-üzə gələcəyini başa düşdük. Yeri dəyişmək mümkün deyil. Çünki ilyarım öncədən hazırlıqlar başlayır. Həm də Azərbaycan xalqı çox qürurlu, xoşbəxt idi. Uzaq olduqları üçün bu finalı izləməyə layiq olmadıqlarını düşünmək ayrıseçkilik olar. Dünyanın mərkəzi İngiltərədir?”

Bu ilin mayının 29-da “Çelsi” ilə “Arsenal” arasında keçirilən Avropa Liqasının final matçında “zadəganlar” 4:1 hesabıyla qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button