UEFA Millətlər Liqası da təxirə salındı – Yeni tarix də bəllidi

Futbol üzrə UEFA Millətlər Liqasının pley-off oyunları təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə Polşa Fubol Federasiyası məlumat yayıb.

Yeni qərara əsasən, yarımfinallar martın 26-dan iyunun 2-nə, finallar isə martın 31-dən iyunun 6-na keçirilib.

A Liqası

İslandiya – Rumıniya
Bolqarıstan – Macarıstan

B Liqası

Bosniya və Herseqovina – Şimali İrlandiya
Slovakiya – İrlandiya

C Liqası

Şotlandiya – İsrail
Norveç – Serbiya

D Liqası

Gürcüstan – Belarus
Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq. Daha öncə Avropa çempionatının 2021-ci ildə keçiriləcəyi ilə bağlı qərar verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button