UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindən etibarən VAR sisteminin tətbiqinə başlanılıb.
Komanda.az xəbər verir ki, bu mərhələ çərçivəsində Polşanın Lodz şəhərindəki “Vladislav Krol” stadionunda keçirilmiş “Dinamo” (Kiyev, Ukrayna) – “Şturm” (Qrats, Avstriya) oyununda VAR sisteminin tətbiqi ilə bağlı təşkilatı işlərin koordinasiyası məqsədilə AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov UEFA tərəfindən ezam olunub.