Konfrans Liqası: “Qarabağ” 2-ci oldu

UEFA Konfrans Liqasının qrup mərhələsinin 1-ci turundan sonra statistik göstəricilər açıqlanıb.

Komanda.az xəbər verir ki, Bakıda İsveçrənin “Bazel” komandasıyla qolsuz bərabərə qalan “Qarabağ” topa ən çox sahib olan komandalar sırasında yer alıb. Ağdam təmsilçisi 58 faiz göstərici ilə 6-cı sırada yer alıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ən çox künc zərbəsi yerinə yetirən 2-ci komandadır. “Qarabağ” “Bazel”lə oyunda 8 künc zərbəsi yerinə yetirib. “Köhlən atlar” qapıya vurulan zərbələrin sayına görə isə 10-cudur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button