UEFA İcraiyyə Komitəsinin iclası təxirə salındı

UEFA İcraiyyə Komitəsinin mayın 27-nə planlaşdırılan onlayn iclası təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə videokonfransın iyunun 17-də keçiriləcəyi diqqətə çatdırılıb. İclasın vaxtı AÇ-2020-nin gələn ilə təxirə salınması səbəbindən turnir üçün təklif olunan stadionlarla bağlı problemlərin müzakirəsinə görə dəyişdirilib.

Qeyd edək ki, AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidi.