UEFA DÇ-2022-nin seçmə oyunlarının vaxtını açıqladı

UEFA 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının vaxtını açıqlayıb.

Komanda.az xəbər verir ki, turnir 2021-ci ilin martında başlayacaq və noyabrda yekunlaşacaq. Pley-off oyunları isə 2022-ci ilin martında gerçəkləşəcək.

Gələn ilin martında və avqust-sentyabr aylarında hərəyə 3, oktyabrda və noyabrda isə hərəyə 2 tarixdə oyunlar olacaq. Pley-off oyunları üçün də 2 tarix nəzərdə tutulub.

May-iyun aylarında isə AÇ-2020 öncəsi hazırlıq qarşılaşmaları olacaq.

Qeyd edək ki, seçmə mərhələnin püşkatması noyabrın 29-da baş tutacaq. Yığmalar 10 qrupa bölünəcək və qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. 2-ci yeri tutan komandalar, həmçinin Millətlər Liqasında ən yaxşı göstəriciyə malik 2 kollektiv son 3 vəsiqə uğrunda mübarizə aparacaq.

DÇ-2022 21 noyabr – 18 dekabr tarixlərində təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button