UEFA-dan Xorvatiya klubuna sərt cəza

UEFA Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu cəzalandırıb.

Komanda.az xəbər verir ki, sözügedən komanda Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Portuqaliya “Benfika”sı ilə ev oyununda azarkeşlərinin xoşagəlməz davranışı səbəbindən qitə futbol qurumunun qəzəbinə tuş gəlib.

Belə ki, xorvatiyalı tərəfdarlar həmin oyunda rəqib futbolçulara qarşı irqçi şüarlar səsləndiriblər. Bu üzdən “Dinamo”ya avrokuboklar çərçivəsində növbəti iki ev matçında azarkeşsiz oynamaq cəzası verilib. Klub buna görə həm də 20 min avro cərimə ödəyəcək.

Martın 7-də baş tutan həmin görüşdə arenanın pilləkənlərinin dolu olması, azarkeşlərin meydana yad əşyalar atması və pirotexniki vasitələrdən istifadə olunması da “Dinamo”ya baha başa gəlib. Bütün bunlara görə, Zaqreb klubu UEFA-ya 47 min avro əlavə cərimə ödəməlidi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button