UEFA-dan “Qarabağ”ın futbolçusuna təbrik

UEFA Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Qara Qarayevi doğum günü münasibətilə təbrik edib.

Komanda.az xəbər verir ki, UEFA Avropa Liqasının rəsmi “tvitter” səhifəsində bu gün 30 yaşı tamam olan yarımmüdafiəçinin fotosu paylaşılıb.

Paylaşımda Qarayevin “köhlən atlar”ın əfsanəsi olduğu bildirilib.

Qara Qarayev 2008-ci ildən “Qarabağ”da çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button