Namik Ələskərov əməliyyat olundu – məşqlərə başlayacağı vaxt bilindi

UEFA Çempionlar Liqasının 2-ci mərhələsinin Yunanıstanın “Olimpiakos” klubu ilə oyununda ciddi zədə alan Namik Ələskərov bu gün əməliyyat olunub.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlamasında əməliyyatın uğurlu alındığını bildirib:

“Üz-çənə cərrahı tərəfindən maksilyar hissədə icra olunmuş əməliyyat tam uğurla başa çatıb. Namikin vəziyyəti stabildir. O, palataya yerləşdirilib, 1-2 günə evə buraxılacaq. Futbolçumuz təxminən 3 həftədən sonra fərdi məşqlərə başlaya biləcək”.

“Neftçi” “Olimpiakos”a ilk matçda 0:1 hesabıyla uduzub. Komandalar arasındakı cavab oyunu iyulun 28-də, Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button