Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrezdir. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Mahrez komandasının Fransa PSJ-sini 2:0 hesabıyla məğlub etdiyi matçda dubl edib.