Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bilindi

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu, PSJ-nin hücumçusu Neymardır. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Neymar komandasının “Bavariya”ya 0:1 hesabıyla məğlub olduğu oyunda 3 dəfə qapıya dəqiq zərbə endirib.