“UEFA cari mövsümdə futbol oynamağın mümkünsüz olduğunu anlamağa başlayır”

Belçikalı virusoloq Mark van Rast koronavirus pandemiyası səbəbiylə dayandırılan futbol liqaları ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, van Rast, futbol çempionatlarının davam etdirilməsinin çətin olduğunu bildirib:

“UEFA cari mövsümdə futbol oynamağın mümkünsüz olduğunu anlamağa başlayır. Onlarla keçirdiyim görüşdə hiss etdiyim bu oldu.

Heç kim Belçikanı mövsümü erkən tamamladığı üçün tənqid edə bilməz. Oyunların bərpa olunmasından əvvəl 3-4 həftəlik məşq prosesi lazımdır. Buna görə də, mövcud vəziyyətdə çempionatların davam etdirilməsi real deyil. Futbol oyunları kimi kütləvi tədbirlər düşünüləcək ən son şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button