UEFA-nın AÇ-2020 ilə bağlı yeni planı

UEFA bu ilin yayında keçiriləcək AÇ-2020-yə bir ölkənin ev sahibliyi etməsini istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Bavariya” klubunun idarə heyətinin sədri Karl-Haynts Rummenigge açıqlama verib. Rummenigge, “Daily Mail” nəşrinə açıqlamasında UEFA-nın AÇ-2020-ni bir ölkədə keçirmək istədiyini deyib.

AÇ-2020 keçən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salındı. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.