UEFA-dan Xorvatiya millisinin üzvü ilə bağlı yeni qərar

UEFA bir müddət əvvəl 5 oyunluq cəzalandırdığı Xorvatiya millisinin və “Milan”ın üzvü Ante Rebiçlə bağlı yeni qərar verib.

Komanda.az xəbər verir ki, Rebiçin cəza müddəti 4 oyuna endirilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Rebiç, “Ayntraxt”da (Frankfurt) çıxış edərkən Avropa Liqasının pley-off mərhələsinin “Strasburq”la qarşılaşmasında (3:0) kobud oynayaraq, qırmızı vərəqə alıb və hakimləri təhqir etmişdi.

“Milan” bir müddət əvvəl Rebiçi icarə əsasında iki illik heyətinə qatıb.