Azərbaycan millisinin ən yaxşı futbolçusu – Millətlər Liqasında

UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlanıb.

Komanda.az UEFA-ya istinadən xəbər verir ki, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb. “Neftçi”də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb.

Onu hərəyə 113 xalla “Qarabağ”dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.

C Liqasında çıxış edən Azərbaycan millisi 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, Bakıda isə bu komandaya qalib gəlib. Azərbaycan yığması hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.