AÇ-2020-nin seçmə mərhələsinin oyunu ilə bağlı intizam işi açıldı

UEFA AÇ-2020-nin seçmə mərhələsinin 9-cu turu çərçivəsində keçirilən Rumıniya – İsveç oyunu ilə bağlı intizam işi açıb.

Komanda.az xəbər verir ki, buna səbəb, oyun zamanı yerli azarkeşlərin İsveç millisinin üzvü Aleksandr İsaka qarşı irqçi şüarlar səsləndirməsi olub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşmanın 78-ci dəqiqəsində meydana girən 20 yaşlı hücumçu yerli azarkeşlər tərəfindən irqçiliyə məruz qalıb və hakim oyunu bir müddətlik dayandırıb.

Rumıniya – İsveç matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button