Üç klub Valverdeni transfer etməyə hazırdır
Federiko Valverdenin “Real”dakı gələcəyi komanda yoldaşı Orelyen Tçuameni ilə davadan sonra şübhə altındadır.
Komanda.az AS-a istinadən xəbər verir ki, Avropanın bir neçə aparıcı klubu uruqvaylı yarımmüdafiəçini yaxından izləməyə başlayıb. Mənbə iddia edir ki, oyunçunun özü ayrılmağı düşünmür və son hadisəyə baxmayaraq, karyerasını “Real”da davam etdirmək niyyətindədir. Yarımmüdafiəçi hazırda zədədən sağalır.
“Mançester Yunayted” və PSJ-dən əlavə, “Mançester Siti” də yarımmüdafiəçi ilə maraqlanır. “Şəhərlilər” ötən yay Valverde üçün “Real”la əlaqə saxlasa da, onun transferi qeyri-real hesab edilib. İndi isə “Mançester Siti” uruqvaylı futbolçunun transferi variantı yenidən nəzərdən keçirməyə hazırdır. Potensial müqavilənin 100-120 milyon avro olduğu təxmin edilir.
Valverde bu mövsüm bütün klub yarışlarında 48 oyun keçirib, 9 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin



