Tuxel Ranqnik haqda: “Buna əhəmiyyət verməyəcəm”

“Bayern”in baş məşqçisi Tomas Tuxel klubun Ralf Ranqniklə danışıqlar aparması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis bunun onun mövzusu olmadığını bildirib:

“Ranqnik haqqında şayiələr var? Bu, səhər saat 3-də səs-küy salan qonşu kimidir. Qulaqlıqlarımı səssiz rejimə qoyub, buna əhəmiyyət verməyəcəm. Nə sabahkı matçda, nə də çərşənbə axşamı bu mənə kömək etməyəcək. Bu, mənim mövzum deyil”.

“Bayern” aprelin 27-də, Almaniya çempionatının növbəti turunda evdə “Ayntraxt”ı qəbul edəcək.

Münhen klubu fevral ayında Tuxelin cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. Onu Avstriya millisinin baş məşqçisi Ranqnikin əvəzləyəcəyi gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button